Əsas məzmuna keç

“Sumqayıt” “Zirə” ilə oyuna üç futbolçusuz çıxacaq

“Sumqayıt” “Zirə” ilə oyuna üç futbolçusuz çıxacaq
— Foto: idman.biz

Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə və Jeam Oliveyra Misli Premyer Liqasının IX turundakı qarşılaşmada iştirak edə bilməyəcək. “Zirə” – “Sumqayıt” matçı oktyabrın 23-də keçiriləcək.

en ru

Misli Premyer Liqasının IX turunda “”nin qonağı olacaq “” qarşılaşmaya üç futbolçusuz çıxacaq. Klubun mətbuat katibi Zaur Xudiyev bildirib ki, yarımmüdafiəçi Səbuhi Abdullazadə, hücumçular Rüstəm Əhmədzadə və Jeam Oliveyra oyunda iştirak edə bilməyəcəklər.

Xudiyevin sözlərinə görə, “Sumqayıt”ın cəzalı futbolçusu yoxdur. Misli Premyer Liqasının VII turunda “Qəbələ” ilə matçda zədələnən Rüstəm Əhmədzadə iki, Jeam Oliveyra isə altı-səkkiz həftə kollektivdən ayrı qalacaq.

Səbuhi Abdullazadənin təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. O, Misli Premyer Liqasının I turunda “Neftçi” ilə görüşün 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Daha sonra dəhlizdə əli ilə şüşəni sındıran futbolçunun ayağına böyük şüşə parçası düşüb və o, ciddi zədə alıb.

“Zirə” – “Sumqayıt” qarşılaşması oktyabrın 23-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda “Zirə” 12 xalla turnir cədvəlinin altıncı, səkkiz xalı olan “Sumqayıt” isə səkkizinci pilləsində qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…