Əsas məzmuna keç

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını aldıq

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını aldıq

ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə başlamaqdan peşman olmadığını deyib. O, Rusiya ilə Ukrayna üzrə danışıqların razılaşmaya yaxınlaşa biləcəyini bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatlar Prezidenti Cənubi Karolina ştatında təşkil olunan seçki mitinqinə yollanarkən Ağ Evdə jurnalistlərin xarici siyasət və qlobal təhlükəsizlik gündəminə dair suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ İranla davam edən hərbi gərginlik, ilə münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar və Vaşinqton-Moskva xəttindəki son diplomatik təmaslara toxunub.

Media nümayəndələrinin “İranla hərbi qarşıdurmaya başlamaqdan peşmansınızmı?” sualını cavablandıran Donald Tramp addımının tamamilə haqlı olduğunu bəyan edib:

“Xeyr, asla peşman deyiləm. Düşünürəm ki, bu, administrasiyamızın həyata keçirdiyi ən uğurlu və strateji addımlardan biridir. Biz İranın nüvə silahına sahib olmasının və qlobal təhlükəsizliyi təhdid etməsinin qarşısını aldıq. Əvvəlki administrasiyalar bu qətiyyətli addımı atmaqdan çəkindilər. Əgər vaxtında müdaxilə etməsəydik, Tehran nüvə arsenalına yiyələnəcək və ondan istifadə edəcəkdi”, – deyə Tramp vurğulayıb.

Ukrayna münaqişəsinin dondurulması və sülh sazişinin əldə olunması istiqamətində Rusiya Federasiyası ilə aparılan birbaşa dialoqu dəyərləndirən ABŞ Prezidenti danışıqlar prosesində mühüm irəliləyişin olduğunu diqqətə çatdırıb:

“Hazırda Ukrayna böhranının nizamlanması ilə bağlı Rusiya tərəfi ilə intensiv danışıqlar aparırıq. Uzun fasilədən sonra ilk dəfədir ki, tərəflər yekun razılaşmaya bu qədər yaxındır. Bəzi siyasi dairələr belə bir həssas mərhələdə Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini tələb edirlər. Lakin masada aktiv sülh danışıqları gedərkən qarşı tərəfə əlavə sanksiya tətbiq etmək diplomatik məntiqə ziddir”, – deyə dövlət başçısı əlavə edib.

Tramp eyni zamanda Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habbardın azad edilərək Vətənə qaytarılmasına görə Moskva rəhbərliyinə və şəxsən Vladimir Putinə təşəkkürünü bildirib. O, həmçinin Rusiya Federasiyasının Yaxın Şərqdə — ABŞ-İran münaqişəsi fonunda proseslərə birbaşa hərbi müdaxilə etməməsini və neytrallığını qoruyub saxlamasını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…