Əsas məzmuna keç

Həkim və hərbçilərə ŞAD XƏBƏR: Rütbə qaydaları DƏYİŞDİ!

Həkim və hərbçilərə ŞAD XƏBƏR: Rütbə qaydaları DƏYİŞDİ!

Milli Məclisin payız sessiyasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna edilən dəyişikliklə tibb işçilərinin hüquqi statusu tənzimlənəcək.

en ru

(MM) Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının xidmətinə də şamil edilməsi təklifini ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…