Əsas məzmuna keç

Onkoloji yardım özəl klinikalarda da göstəriləcək

Onkoloji yardım özəl klinikalarda da göstəriləcək

Milli Məclis xərçəng xəstələri üçün mühüm qanun dəyişikliyini qəbul etdi. Artıq lisenziyalı tibb müəssisələrində diaqnostika və müalicə mümkün olacaq. Bəs bu nəyi dəyişəcək?

en ru

Azərbaycanda onkoloji xidmətin göstərilməsi sahəsində mühüm dəyişiklik nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, onkoloji yardım dövlət müəssisələri ilə yanaşı, “ və icazələr haqqında” qanuna uyğun olaraq müvafiq lisenziya almış özəl tibb müəssisələrində də həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, bu müddəa Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb və sənəd birinci oxunuşda qəbul edilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən hazırda onkoloji xidmət yalnız onkoloji sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən göstərilir. vətəndaşı olan onkoloji xəstələrin müayinəsi və müalicəsi dövlət büdcəsi hesabına təmin olunur. Eyni zamanda dövlət, onkoloji xəstələrin dispanserizasiyası, diaqnostikası, müalicəsi və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış qurumların yaradılmasını və maddi-texniki bazasının möhkəmləndirilməsini üzərinə götürür.

Qanunvericiliyə görə, onkoloji xəstələrə tibbi-diaqnostik yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında göstərilir və bu xidmətlərin maliyyələşdirilməsi dövlət büdcəsindən həyata keçirilir. Lakin “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentlərə həkim və tibb müəssisəsini sərbəst seçmək hüququ versə də, “Onkoloji yardım haqqında” qanun bu hüququ faktiki olaraq yalnız dövlət müəssisələri ilə məhdudlaşdırırdı.

Bu səbəbdən indiyədək hər hansı özəl tibb müəssisəsinin onkoloji xidmət göstərməsi lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyət yaradırdı. Müzakirələr zamanı vurğulanıb ki, ölkədə onkoloji xəstələrin sayının çox olması və xidmətlərin yalnız dövlət büdcəsi hesabına göstərilməsi bir sıra hallarda vətəndaşların xaricdə müalicəyə üz tutmasına səbəb olur. Halbuki Azərbaycanda müasir avadanlıqlarla təchiz edilmiş, ixtisaslı həkimlərin çalışdığı və bu göstərə biləcək özəl tibb müəssisələri mövcuddur.

Bu problemi aradan qaldırmaq məqsədilə, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğun olaraq onkoloji yardım üzrə lisenziya almış özəl tibb müəssisələrinin də bu sahədə fəaliyyət göstərməsi təklif edilib.

Qanun dəyişikliyinin qəbulu vətəndaşlara, eləcə də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə öz müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək imkanı yaradacaq, tibbi xidmətə çıxışı genişləndirəcək.

Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…