Əsas məzmuna keç

Azərbaycanda xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanda xalq artisti VƏFAT ETDİ - FOTO

artisti Elmira Şabanova vəfat edib. O, bu gün 86 yaşında dünyasını dəyişib. Elmira Şabanova Azərbaycan kinosunda yaratdığı ana, nənə və digər xarakterik...

en ru tr

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Elmira Şabanova vəfat edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Elmira Şabanova kinosunda yaratdığı ana, nənə və digər xarakterik obrazlarla yadda qalıb. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan aktrisa milli kino sənətinin tanınmış nümayəndələrindən biri olub.

Həyatı və təhsili

Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda, ziyalı ailəsində anadan olub. Atası əvvəl zavod direktoru, daha sonra Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifəsində çalışıb.

1958–1962-ci illərdə Mirzəağa adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1969-cu ildə isə həmin müəssisəsinin rejissorluq fakültəsini bitirib.

1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib. 1990–1993-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında da çalışıb.

Kino fəaliyyəti və yaratdığı obrazlar

Elmira Şabanovanın kino fəaliyyəti 1960-cı ildə Tofiq Tağızadənin rejissoru olduğu “Əsl dost” filmi ilə başlayıb. Daha sonra “Səhər” filmində Sevda obrazını canlandırıb.

Aktrisa uzun müddət ailə-məişət qayğıları səbəbindən kinodan uzaq qalıb. 1977-ci ildə yenidən ekranlara qayıdıb və xüsusilə 1980-ci illərdən etibarən bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb.

Onun yaradıcılığında xüsusi yer tutan ekran əsərləri bunlardır:

  • “Səhər” – Sevda;
  • “Ötən ilin son gecəsi” – Həmidə;
  • “Qəm pəncərəsi” – Həmidə xanım;
  • “Fəryad” – İsmayılın anası;
  • “Təhminə” – Aliyə;
  • “40-cı qapı” – Fatma xala;
  • “Gəmi saatının sirri” – Əlinin anası;
  • “Şahid qız” – Rənanın anası;
  • “Avqust gələndə” – Xumar.

Aktrisa ümumilikdə 30-a yaxın bədii filmdə çəkilib. O, televiziya tamaşalarında və seriallarda da müxtəlif obrazlar yaradıb.

Fəxri adları və mükafatları

Elmira Şabanova sənət fəaliyyətinə görə 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Ailəsi

Aktrisa rejissor Rüfət Şabanovla ailəli olub. Bu nikahdan rejissor Fuad Şabanov dünyaya gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…