Əsas məzmuna keç

Tramp ABŞ-nin müttəfiqlərə sursat satışını müvəqqəti dayandırdı

Tramp ABŞ-nin müttəfiqlərə sursat satışını müvəqqəti dayandırdı

ABŞ prezidenti Donald Tramp sursat ehtiyatları tamamlanana qədər onların müttəfiqlərə satışının dayandırıldığını bildirib. O, tədarükün nə vaxt bərpa olunacağı barədə dəqiq vaxt açıqlamayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Amerika Birləşmiş Ştatları öz milli hərbi arsenalını tam bərpa etmək və ehtiyatları tamamlamaq məqsədilə strateji müttəfiqlərinə sursat satışını müvəqqəti olaraq dondurub. ABŞ Prezidenti bu barədə “Newsmax” telekanalına verdiyi eksklüziv müsahibəsində bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, D.Tramp mövcud sursat ehtiyatlarının hazırda ölkə daxilində saxlanıldığını, çünki Birləşmiş Ştatların daxili təhlükəsizlik ehtiyaclarının hər şeydən üstün olduğunu bildirib.

vurğulayıb ki, yalnız milli hərbi anbarlar tam komplektləşdirildikdən sonra müttəfiq ölkələrə ABŞ-dən sursat alışı üçün yenidən icazə veriləcək.

Ağ Ev rəhbəri sələfi Co Baydenin xarici siyasətini kəskin tənqid edərək, onun Ukraynaya təmənnasız və nəhəng həcmdə hərbi yardım göstərməsini Strateji Səhv adlandırıb. Tramp vurğulayıb ki, hazırkı administrasiya Avropadakı müttəfiqlərindən və tərəfdaşlarından ABŞ silah və hərbi texnikasının dəyərini tam ödeməyi tələb edir. Bununla belə, ABŞ Prezidenti tədarükün dəqiq bərpa olunma müddətini açıqlamayıb.

Bununla yanaşı, Tramp Silahlı Qüvvələrin yenidən təchizatı prosesinin sürətlə getdiyini diqqətə çatdırıb. O, “” zenit-raket kompleksləri üçün rekord sayda raket alındığını, həmçinin “Tomahawk” qanadlı raketlərinin tədarükünün də rekord həddə çatdığını vurğulayıb.

Xatırladaq ki, ABŞ () hələ 2025-ci il iyulun 1-də milli arsenalın kritik dərəcədə azalması ilə bağlı narahatlıqlara görə Ukraynaya bəzi zenit raketlərinin və yüksək dəqiqlikli sursatların tədarükünü dayandırmışdı. 2026-cı ilin avqust ayına olan göstəricilərə görə, ABŞ silahlarının Kiyevə aylıq tədarük həcmi Baydenin prezidentliyi dövrü ilə müqayisədə təxminən 5 dəfə azalaraq 266 milyon dollar səviyyəsinə düşüb.

Bununla yanaşı, “The Atlantic” nəşri oktyabrın 13-də dərc etdiyi məqalədə Vaşinqtonun Avropa ölkələri vasitəsilə Ukraynaya silah satışını tamamilə dondurmaqla hədələdiyini yazıb. Məlumata görə, Trampın yaxın ətrafındakı bəzi rəsmilər Kiyev administrasiyası ilə kəşfiyyat məlumatlarının mübadiləsinin də dayandırılmasını təklif ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…