Əsas məzmuna keç

ABŞ İrana qarşı genişmiqyaslı əməliyyat planlarını nəzərdən keçirir

ABŞ İrana qarşı genişmiqyaslı əməliyyat planlarını nəzərdən keçirir

NBC-nin mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp və milli təhlükəsizlik komandası yaxın həftələrdə İrana qarşı hərbi əməliyyatların bərpası variantlarını müzakirə edib. Hələlik yekun qərar qəbul olunmayıb.

en ru

Prezidenti və Birləşmiş Ştatların milli təhlükəsizlik komandası yaxın həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ssenarilərini və mümkün hərbi variantları nəzərdən keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən həftə Kemp-Deviddəki rezidensiyada keçirilən qapalı Məşvərət iclasında Ağ Ev administrasiyasının nümayəndələri ABŞ-nin İran və Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatına qarşı strateji xəttini müzakirə ediblər. Görüşün yekunlarına əsasən, Trampa yeni hərbi əməliyyat planları təqdim etsə də, hələlik yekun qərar qəbul edilməyib.

Mümkün hərbi əməliyyatların bərpa olunma vaxtı barədə dəqiq məlumat verilmir. “NBC” vurğulayır ki, ABŞ lideri hərbi variantları dəyərləndirərkən Birləşmiş Ştatların strateji silah və sursat ehtiyatlarının azalması amilini də nəzərə almağa məcburdur və bu vəziyyətdən narazılığını bildirib.

Eyni zamanda, “The Atlantic” nəşri amerikalı rəsmilərə istinadən yazır ki, Ağ Ev Müdafiə Nazirliyinə ABŞ-də noyabrın 3-də keçiriləcək konqresə aralıq seçkilərədək İrandakı hərbi obyektlərə zərbələr endirilməsi üçün hazırlıq planı tərtib etməyi tapşırıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələrinin İrandakı strateji obyektlərə endirdiyi zərbələr və Tehranın cavab tədbirləri fonunda regionda hərbi gərginlik pik həddə çatıb. İyun ayında hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzalansa da, tərəflər arasında qarşılıqlı raket və aviasiya zərbələri davam edir və münaqişə hələ də nizamlanmamış qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…