Əsas məzmuna keç

Pentaqonun İrana qarşı gizli strategiyası: Münaqişə uzanır?

Pentaqonun İrana qarşı gizli strategiyası: Münaqişə uzanır?

ABŞ-ın müdafiə naziri Piter Heqsetin Yaxın Şərqdəki hərbi kontingentin müddətini gizli şəkildə uzatması münaqişənin gələn ilə qədər davam edə biləcəyini göstərir.

en ru

ABŞ-nin Pit Yaxın Şərqdəki Amerika hərbi kontingentinin dislokasiya müddətini uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Bildirilib ki, altı ay əvvəl İrana qarşı kampaniyaya başlayan ABŞ rəhbərliyi qısa və qətiyyətli zərbələrlə münaqişənin uzunmüddətli xarakter almasının qarşısını almağı hədəfləyib. Lakin son qərar müharibənin gələn ilə qədər uzana biləcəyinə dair ehtimalları artırıb.

Mənbələrin məlumatına görə, hərbi dislokasiya müddətinin uzadılması Trampa geniş manevr imkanı verən "müddətsiz hərbi strategiya"nın bir hissəsidir.

ABŞ Prezidentinin köməkçiləri ilə keçirdiyi qapalı müzakirələrdə müharibənin başa çatdığını elan etmək ideyasını dəstəklədiyi bildirilir.

Bununla yanaşı, hesab edir ki, İrana qarşı davam edən iqtisadi təzyiqlər rəsmi Tehranın qarşısında iki seçim qoyacaq: nüvə proqramını dayandırmaq və ya tamamilə geri çəkilmək.

"The New York Times" qəzeti isə daha əvvəl Trampın qələbə ilə bağlı bəyanatlarına baxmayaraq, nəzarət edə bilmədiyi bir münaqişənin içində qaldığını yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…