Əsas məzmuna keç

ABŞ-nin “Abraham Lincoln” gəmisində 8 dənizçi intihara cəhd edib

ABŞ-nin “Abraham Lincoln” gəmisində 8 dənizçi intihara cəhd edib

Məlumata görə, Yaxın Şərqdə uzadılmış xidmət müddəti zamanı gəmidə səkkiz dənizçi intihara cəhd edib. ABŞ Hərbi Dəniz Qüvvələri ekipajın psixi sağlamlığı üçün əlavə mütəxəssislərin xidmət göstərdiyini açıqlayıb.

en ru

ABŞ Hərbi Dəniz Qüvvələrinin “” təyyarədaşıyan gəmisində və onun zərbə qrupunda xidmət edən səkkiz dənizçinin Yaxın Şərqdəki uzadılmış hərbi missiya zamanı etdiyi rəsmən təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fakt ABŞ Hərbi Dəniz Qüvvələrinin katib vəzifəsini icra edən Hanq Caonun Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, senator Kirsten Gillibrandın rəsmi sorğusuna cavab olaraq göndərdiyi məktubda yer alıb.

HDQ nümayəndəsi məktubda içməli su sistemindəki texniki nasazlıqlar və təzə qida çatışmazlığı ilə bağlı şikayətləri tam təsdiqləməsə də, su təmizləmə qurğularında müvəqqəti problemlərin yaşandığını və bəzi qida rasionunun qısa müddətə azaldıldığını etiraf edib.

Senator Kirsten Gillibrand isə administrasiyasının və Pit Hegsethin əvvəllər bu problemləri “saxta xəbər” adlandıraraq təkzib etməsini kəskin tənqid edib. Senator hərbçilərin üzləşdiyi psixoloji gərginlik və ağır şəraitin qəbuledilməz olduğunu vurğulayıb.

Ötən ilin noyabrında Kaliforniyadan yola düşən və fevral ayında Yaxın Şərqə göndərilən “USS Lincoln” gəmisinin xidmət müddəti regiondakı gərginlik səbəbindən bir neçə dəfə uzadılıb. 9 aydan çox davam edən və 250 gündən artıq dənizdə limansız qalan reysdən sonra avqust ayında gəmini “USS George Washington” əvəzləyib. Hazırda ABŞ-yə qayıdan gəminin heyəti dənizdəki uzun fasilədən sonra ilk dəfə Taylandda quruya çıxıb.

Hərbi statistikaya əsasən, intihar ABŞ HDQ və Dəniz Piyadaları Korpusunda əsas ölüm səbəblərindən biri olaraq qalır. 2025-ci ilin yanvarında keçirilən araşdırma gəmilərdə xidmət edən dənizçilərin ağır şərait, daimi səs-küy və intensiv iş qrafiki səbəbindən digər qoşun növləri ilə müqayisədə daha kəskin psixoloji gərginliyə məruz qaldığını göstərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…