Əsas məzmuna keç

İlham Əliyev Kamboca Kralını təbrik edib

İlham Əliyev Kamboca Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mətndə...

en ru

İlham Kamboca Kralı Norodom Sihamoniyə ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı bizi sevindirir. Bu yaxınlarda cənab Hun Manetin ölkəmizə rəsmi səfəri dövlətlərarası əlaqələrimizdə yeni səhifə açaraq əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırmışdır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Kamboca dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…