Əsas məzmuna keç

Prezident onları da təbrik etdi

Prezident onları da təbrik etdi

Dövlət başçısı İlham Əliyev Malayziya Kralı Sultan İbrahimə və Trinidad və Tobaqonun Prezidenti Kristin Karla Kanqaluya rəsmi təbrik məktubları göndərib.

en ru

İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan-Malayziya dövlətlərarası münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla inkişaf etməyə və genişlənməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

həmçinin Trinidad və Tobaqo Respublikasının Prezidenti xanım Kristin Karla Kanqaluya da təbrik məktubu ünvanlayıb:

“Hörmətli xanım ,

Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…