Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir. Komanda bu gün hazırlığı başa vurduqdan sonra Serbiyaya yollanacaq.
Millimiz noyabrın 9-dan 18-dək keçiriləcək UEFA U-19 Çempionatının ikinci seçmə mərhələsində qrup oyunlarına çıxacaq. Azərbaycan noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.
Oyunların təqvimi
Noyabrın 11-i: Azərbaycan – Monteneqro, “Vojdovaç Stadion”, Belqrad. Bakı vaxtı ilə saat 14:00.
Noyabrın 14-ü: Serbiya – Azərbaycan, “Mladost” İdman Kompleksi, Pançevo. Bakı vaxtı ilə saat 19:00.
Noyabrın 17-si: Farer adaları – Azərbaycan, “Vojdovaç Stadion”, Belqrad. Bakı vaxtı ilə saat 19:00.
Millinin heyəti
Toplanışa dəvət olunan 21 futbolçu: Rauf Əyyubov, Nurəziz Əzizov, Məhdi Həsənov, Tuncay Əhmədov, Əlibəy Mahmudov, Rəşad Gülüşov, Müseyib Bəşirov, Emir Fətiyev, Rəvan Teymurov, Məhəmməd Çodarov, Amin Rzayev, Əhməd Vəliyev, Abdulaziz Cabbarlı, Əli Qazıbəyov, Elvin Vəliyev, Əhliman Süleymanzadə, Mustafa Kamara, Əli Əliyev, Vüsal Kərimov, Ümid Səlimov və Əli İbrahim.
Futbolçular “Sabah”, “Neftçi”, “Qəbələ”, “Sumqayıt”, “Qarabağ”, “Zirə” və Belçikanın “Sent-Trüyden” klubunu təmsil edirlər.