ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uaytı Ağ Evin mətbuat katibi vəzifəsinə gətirmək ideyasının zarafat olduğunu bildirib. CBS telekanalı Trampın açıqlamasını yayıb.
Tramp bir gün əvvəl promouteri mətbuat katibi postuna dəvət etmək istədiyini açıqlamış, Uaytdan rusiyalı döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədovu komandasına götürməsini xahiş etmişdi.
“Əlbəttə, zarafat edirdim. Əslində, Uayt çox bacarıqlı adamdır və bu fikir onun xoşuna gəldi, amma biz sadəcə bir az əyləndik”, – Tramp deyib.