Əsas məzmuna keç

Məhəmmədəli Osmanlı UFC-də məğlubiyyətsiz Pavel Andruşka ilə döyüşəcək

Məhəmmədəli Osmanlı UFC-də məğlubiyyətsiz Pavel Andruşka ilə döyüşəcək
— Foto: idman.biz

Azərbaycanlı MMA döyüşçüsü dekabrın 5-də Ər-Riyadda keçiriləcək “UFC Fight Night” turnirində moldovalı Pavel Andruşka ilə qarşılaşacaq. Döyüşün ən yüngül çəki dərəcəsində keçirilməsi planlaşdırılır.

en ru

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı dekabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq “ Fight Night” turnirində növbəti döyüşünə çıxacaq. Onun rəqibi moldovalı Pavel Andruşka olacaq. Qarşılaşmanın UFC-nin ən yüngül çəki dərəcəsində keçirilməsi nəzərdə tutulub.

22 yaşlı Osmanlı peşəkar karyerasında keçirdiyi 14 döyüşün 12-də qalib gəlib, iki dəfə məğlub olub. 24 yaşlı Andruşka isə keçirdiyi 9 döyüşün hamısında qələbə qazanıb. O, sentyabrda UFC-də debüt edib və təcrübəli Neytaniel Vudu hakimlərin yekdil qərarı ilə məğlub edib.

Osmanlının son döyüşü

Osmanlının son qarşılaşması “TUF 34”ün finalı çərçivəsində Akılbek Uuluya qarşı olub. Las-Veqasdakı “Meta APEX” arenasında keçirilən döyüş “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirinin proqramına daxil edilib. Görüşün ikinci dəqiqəsinin 19-cu saniyəsində Osmanlı rəqibinin başına diz zərbəsi endirib. Qırğızıstanlı döyüşçü qarşılaşmanı davam etdirə bilməyib, Osmanlı isə qayda pozuntusuna görə diskvalifikasiya olunub və qələbə rəqibinə verilib.

Finaldan əvvəl də Osmanlı ilə Akılbek Uulu arasında gərginlik yaşanıb. Hər iki döyüşçü realiti-şouda iştirak etdikləri müddətdə münaqişə ilə gündəmə gəlib. Onların final qarşılaşmasından əvvəl UFC-nin aktiv döyüşçülər siyahısına daxil edilməsi də diqqət çəkib.

Hazırda UFC-də Osmanlı ilə yanaşı, daha beş azərbaycanlı döyüşçü — Rafael Fiziyev, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev çıxış edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…