Əsas məzmuna keç

“Milan” Pavloviçlə bağlı qərarını verir

“Milan” Pavloviçlə bağlı qərarını verir

"Rossoneri" Strahinja Pavloviç ilə 2031-ci ilədək yeni anlaşma imzalayır. Premyer Liqa marağını kəsən Serbiya ulduzu üçün maaş artımı və xüsusi şərtlər yoldadır.

en ru

İtaliyanın “Milan” klubu 24 yaşlı serbiyalı mərkəz müdafiəçisi Strahinja Pavloviçlə bağlı uzunmüddətli planlarını rəsmiləşdirməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “Rossoneri” rəhbərliyi futbolçunun 2028-ci ilə qədər olan müqaviləsini 2031-ci uzatmağı və bununla yanaşı əməkhaqqını artırmağı planlaşdırır.

Tərəflər arasında danışıqlar hazırda davam edir.

Məlumatlara görə, müqavilənin yenilənməsi həm də klublarından gələn maraq və son sorğuların qarşısını almaq məqsədi daşıyır. Qeyd olunur ki, ötən yay “Milan” Pavloviç üçün Almaniya klublarından birinin irəli sürdüyü 18 milyon avroluq təklifi geri çevirmişdi və indi serbiyalı futbolçunu uzun müddət komandada saxlamaq niyyətindədir.

millisinin əsas üzvlərindən olan Pavloviç yığmada 52 oyun keçirib, 4 qol vurub. Cari A Seriyası mövsümündə isə müdafiəçi 18 oyunda meydana çıxıb, 2 qola və 1 məhsuldar ötürməyə imza atıb.

“Transfermarkt” portalının məlumatına əsasən, Strahinja Pavloviçin hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.

“Milan” rəhbərliyi gənc, stabil və fiziki cəhətdən güclü müdafiəçini klubun gələcək əsas fiqurlarından biri kimi görür və bu səbəbdən müqavilə məsələsini tezliklə yekunlaşdırmaq istəyir.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…