Əsas məzmuna keç

Bakıda ictimai nəqliyyat 1 qəpik OLACAQ - Əhaliyə ŞAD XƏBƏR!

Bakıda ictimai nəqliyyat 1 qəpik OLACAQ - Əhaliyə ŞAD XƏBƏR!

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi...

en ru tr

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.

Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…