Ukraynanın “Bukovina” klubunda çıxış edən Rolan Mustafayev karyerasını Azərbaycanda davam etdirəcək. 18 yaşlı yarımmüdafiəçi “Sabah”la üç illik müqavilə imzalayıb.
Sportal.az-ın məlumatına görə, Ukraynanın U-17 və U-19 yığmalarında forma geyinmiş futbolçu “Sabah”ın əvəzedici heyətində çıxış edəcək.
AFFA-nın yığma komandalarına cəlb etmək istədiyi Rolan Mustafayev “Sumqayıt”ın hazırkı futbolçusu Emil Mustafayevin kiçik qardaşıdır.