“İnter Mayami”nin hücumçusu Lionel Messi ilə görüş üçün İspaniyanın Oviedo şəhərində ayrılan pulsuz biletlər 13 dəqiqəyə tükənib. Bu barədə Sport.es məlumat yayıb.
Təşkilatçılar azarkeşlər üçün 4 700 bilet təqdim ediblər. Biletlərin satışı zamanı saytda eyni vaxtda 16 200 nəfərədək virtual növbədə gözləyib.
Tədbir oktyabrın 22-də Asturiya Şahzadəsi mükafatı həftəsi çərçivəsində keçiriləcək. Argentinalı futbolçu Oviedo İdman Sarayında uşaqlar və gənclərlə görüşəcək.
Messi ertəsi gün idman sahəsində Asturiya Şahzadəsi mükafatını alacaq. Mükafat futbolçuya idmandakı görkəmli nailiyyətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə təqdim olunacaq.