MLS-in növbəti turunda “Atlanta Yunayted” doğma meydanda “İnter Mayami”ni qəbul edib. Atlantadakı “Mercedes-Benz” stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Herman Berterame 45-ci dəqiqədə hesabı açıb. Lionel Messi 56-cı və 60-cı dəqiqələrdə fərqlənərək dubl edib. “Atlanta Yunayted”in yeganə qolunu 89-cu dəqiqədə Fafa Piko vurub. Luis Suares “İnter Mayami”nin iki qolunda məhsuldar ötürmə müəllifi olub.
“Atlanta Yunayted”in start heyətində yer alan rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk qarşılaşmanı əvəzlənmədən keçirib.
“Atlanta Yunayted” növbəti matçında oktyabrın 25-də “Çikaqo Fayr”la, “İnter Mayami” isə həmin gün “Nyu-York Red Bullz”la qarşılaşacaq.