MLS-də “İnter Mayami” doğma meydanda “Nyu-York Siti”ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Mayamidəki “Nu Stadium”da keçirilən görüşdə hesabı 20-ci dəqiqədə Herman Berterame açıb. Rodriqo De Paul 45+5-ci dəqiqədə fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Qalib komandanın hücumçusu Luis Suares və Lionel Messi görüşdə məhsuldar ötürmə ilə yadda qalıblar. “Nyu-York Siti”nin yarımmüdafiəçisi Nikolas Fernandes isə 90+7-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qələbə “İnter Mayami” üçün MLS-də ardıcıl ikinci uğur olub. “Nyu-York Siti” isə dalbadal ikinci dəfə uduzub və artıq dörd oyundur qələbə qazana bilmir.
Növbəti turda “İnter Mayami” oktyabrın 18-də səfərdə “Atlanta Yunayted”lə qarşılaşacaq. Həmin gün “Nyu-York Siti” öz meydanında “Los-Anceles”i qəbul edəcək.