Televiziya aparıcısı Pirs Morqan İngiltərə Premyer Liqasının 12-ci turunda “Arsenal”la “Mançester Siti” arasında keçirilən oyunun hakimliyi ilə bağlı açıqlamaya münasibət bildirib. Londonun “Emireyts” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Matçın baş hakimi Con Bruks olub.
“Mançester Siti” görüşün əsas hakimlik epizodlarına aydınlıq gətirilməsini tələb edəcəyini açıqlayıb. Morqan sosial şəbəkə X-də “Dələduzlar onları aldatdıqlarını qışqırırlar” yazıb.
Görüşdə Erlinq Haaland 34-cü dəqiqədə “Mançester Siti”ni hesabda önə keçirib. Kay Haverts 40-cı dəqiqədə tarazlığı bərpa edib, Fernandes 48-ci dəqiqədə qonaqları yenidən irəli çıxarıb. Timber 83-cü dəqiqədə “Arsenal”ın ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
“Mançester Siti” maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, futbolçulara və məşqçilərə ödənişlər, eləcə də maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlı 115 epizoddan 114-ü üzrə təqsirli bilinib.