“Bayer” Almaniya Bundesliqasının 11-ci turunda səfərdə “Borussiya Dortmund”u 2:1 hesabı ilə məğlub edib.
Matçda hesabı 8-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Feliks Nmeça açıb. Patrik Şik 69-cu dəqiqədə tarazlığı bərpa edib, Esekiel Fernandes isə 80-ci dəqiqədə Leverkuzen klubuna qələbə qazandıran qolu vurub.
Bu, “Borussiya Dortmund”un cari Bundesliqa mövsümündə ilk məğlubiyyətidir. Dortmund təmsilçisi 24 xalla turnir cədvəlinə liderlik edir və ikinci pillədəki “Bavariya”nı bir xal qabaqlayır.
“Bayer” 22 xala yüksəlib və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.