Əsas məzmuna keç

Murad Məmmədov “Pafos”un “Aris”lə oyununda meydana çıxdı

Murad Məmmədov “Pafos”un “Aris”lə oyununda meydana çıxdı
— Foto: idman.biz

Azərbaycan millisinin futbolçusu Kipr çempionatının 11-ci turunda ehtiyat oyunçular skamyasından meydana daxil olub. “Pafos” doğma meydanda Limassolun “Aris” komandasını qəbul edib.

en ru tr

millisinin futbolçusu Murad Məmmədov Kipr çempionatının 11-ci turunda “Pafos”un heyətində növbəti oyununu keçirib. Komanda doğma meydanda Limassol təmsilçisi “Aris”lə qarşılaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Məmmədov 17-ci dəqiqədə meydana daxil olub. O, braziliyalı Bruno Felipeni əvəzləyib.

Qarşılaşmanın 32-ci dəqiqəsində Qustavo Paje fərdi ustalığı ilə “Aris”i hesabda önə çıxarıb.

“Pafos” 11 oyundan sonra 19 xalla Kipr çempionatının turnir cədvəlində altıncı yerdədir.

Murad Məmmədov noyabrın 26-da UEFA Konfrans Liqasında Danimarkanın “Midtyulland” komandasına qarşı da meydana çıxıb. Həmin oyunda “Pafos” 0:2 hesabı ilə uduzub.

“Neftçi”nin yetirməsi olan 20 yaşlı futbolçunun Kipr klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…