Əsas məzmuna keç

Zamiq Əliyev start heyətdə oynadı, “Eqnatiya” “Elbasani”yə qalib gəldi

Zamiq Əliyev start heyətdə oynadı, “Eqnatiya” “Elbasani”yə qalib gəldi
— Foto: idman.biz

Azərbaycan millisinin müdafiəçisi Albaniya Superliqasının 13-cü turunda meydana ilk dəqiqələrdən çıxıb. “Eqnatiya” doğma meydanda 2:1 hesabı ilə qələbə qazanıb.

en ru tr

millisinin futbolçusu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti çempionat oyununda iştirak edib. Albaniya Superliqasının 13-cü turunda son ölkə çempionu doğma meydanda “Elbasani”ni qəbul edib.

Baş məşqçi Nevil Dede azərbaycanlı müdafiəçiyə start heyətində yer verib. Görüşün 19-cu dəqiqəsində Yurqens Monteneqro meydan sahiblərini hesabda önə keçirib.

İbrahim Diabate 68-ci dəqiqədə fərqi artırıb. Üç dəqiqə sonra Ledio Tresa “Elbasani”nin qolunu vurub. Qarşılaşma “Eqnatiya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Eqnatiya” xallarını 30-a çatdıraraq turnir cədvəlinin ilk pilləsindəki mövqeyini möhkəmləndirib. Komanda növbəti turda, dekabrın 3-də səfərdə “Partizani” ilə qarşılaşacaq.

Zamiq Əliyev noyabrın 26-da UEFA Konfrans Liqasında Cəbəllütariqin “Linkoln Red İmps” komandasına qarşı oyunda da meydana çıxıb. Həmin görüş “Eqnatiya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…