Əsas məzmuna keç

“Eqnatiya” “Teuta”ya qalib gələrək Albaniya çempionatında lider oldu

“Eqnatiya” “Teuta”ya qalib gələrək Albaniya çempionatında lider oldu
— Foto: idman.biz

Zamiq Əliyevin komandası Albaniya Superliqasının 9-cu turunda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib. Azərbaycanlı müdafiəçi görüşü ehtiyat oyunçular skamyasında keçirib.

en ru

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya Superliqasının 9-cu turunda doğma meydanda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Meydan sahiblərinə qələbə qazandıran yeganə qolu Daniel Adjessa vurub.

“Eqnatiya”nın müdafiəçisi Zamiq oyunun iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmayıb və 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Eqnatiya” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Mövsümdə ilk məğlubiyyətini alan “Teuta” 20 xalla ikinci yerə enib. Beləliklə, komandaları turnir cədvəlində bir xal ayırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…