Əsas məzmuna keç

İngiltərə U-15 millisi Boliviyanı mübahisəli penalti ilə məğlub etdi

İngiltərə U-15 millisi Boliviyanı mübahisəli penalti ilə məğlub etdi
— Foto: idman.biz

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında İngiltərə və Boliviya yığmalarının oyununda penalti qərarı narazılığa səbəb olub. İngiltərə komandası 3:2 hesabı ilə qalib gəlib.

en ru

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında İngiltərə və Boliviya yığmaları arasında baş tutan qarşılaşma mübahisəli penalti qərarı ilə yadda qalıb. İngiltərə millisi 3:2 hesabı ilə qalib gəlib.

Səkkiz nəfərlik komandaların iştirakı ilə keçirilən oyunun hər hissəsi 20 dəqiqə davam edib. Mübahisəli epizod 41-ci dəqiqədə, hesab 2:2 olarkən yaşanıb.

Boliviya tərəfi qərara etiraz edib

İngiltərə millisinin və “Vest Hem” klubunun futbolçusu Emmanuel Famokun Boliviya yığmasının oyunçusu ilə mübarizədə yerə yıxılıb. Qayda pozuntusu cərimə meydançasından kənarda baş vermiş kimi görünsə də, hakim penalti təyin edib.

Boliviya millisinin futbolçuları qərara kəskin etiraz edərək hakimin ətrafına toplaşıblar. Etirazlara məşqçilər korpusunun üzvləri də qoşulub. Məşqçilərdən biri meydana daxil olaraq qayda pozuntusunun baş verdiyi yeri göstərib. Hakim Boliviya yığmasının məşqçilər heyətinin bir neçə üzvünə kart göstərib.

Boliviya millisinin qapıçısı penalti zərbəsini dəf etməyə cəhd göstərməyib. İngiltərə yığması görüşü 3:2 hesabı ilə başa vuraraq qələbə qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…