Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibləri bu gün məlum olacaq. A Divizionunun finalında Çexiya və İspaniya yığmaları üz-üzə gələcək. Bakı Kristal Zalında keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Günün final oyunlarının cədvəli:
- F Divizionu: 09:00. Yeni Zelandiya – Efiopiya (161-ci yer uğrunda).
- E Divizionu: 10:30. Mərkəzi Afrika Respublikası – Banqladeş (129-cu yer uğrunda).
- D Divizionu: 12:00. Kanada – Tacikistan (97-ci yer uğrunda).
- C Divizionu: 13:30. Tunis – Belarus (65-ci yer uğrunda).
- B Divizionu: 15:00. Portuqaliya – Zambiya (33-cü yer uğrunda).
- A Divizionu: 18:00. Çexiya – İspaniya.
Bütün final oyunları Bakı Kristal Zalında keçiriləcək. A Divizionunun finalından sonra mükafatlandırma və turnirin bağlanış mərasimləri təşkil olunacaq.