Əsas məzmuna keç

“Gəncə”nin “Sportinq” üzərində qələbəsi Portuqaliya mediasında müzakirə olundu

“Gəncə”nin “Sportinq” üzərində qələbəsi Portuqaliya mediasında müzakirə olundu
— Foto: idman.biz

Azərbaycan klubu FIBA Avropa Kubokunda Lissabon təmsilçisini 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazandı və rəqibinə ilk məğlubiyyətini yaşatdı. Portuqaliya nəşrləri “Gəncə”nin oyununu və görüşün dramatik sonluğunu önə çəkib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“”nin “” üzərində 69:67 hesablı qələbəsi Portuqaliya mediasında geniş işıqlandırılıb. klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb, Lissabon təmsilçisinə isə turnirdə ilk məğlubiyyətini yaşadıb.

Portuqaliya nəşrlərinin rəyləri

“A Bola” matçı “Tanınmaz hala düşən “Sportinq” Avropada heç vaxt qalib gəlməmiş komandaya uduzdu” başlığı ilə təqdim edib. Nəşrin yazdığına görə, “Sportinq” hücumda çoxsaylı səhvlərə yol verib və fürsətlərdən yararlana bilməyib. Bu, “Gəncə”yə sürətli hücumlardan 23 xal toplamaq imkanı verib. Azərbaycan klubunun üstünlüyü bir məqamda 13 xala çatıb.

“A Bola” qeyd edib ki, “Sportinq” son saniyələrdə qələbəni təmin edə biləcək vəziyyətə düşsə də, dəqiq atış etməyib. “Zerozero” isə qələbəni meydandakı oyunun məntiqi nəticəsi adlandırıb. Portal baş məşqçi Murat Dikmenin ikinci periodda götürdüyü fasiləni dönüş nöqtələrindən biri sayıb: fasilədən sonra “Gəncə”nin müdafiədə və ribaund mübarizəsində fəallığı artıb.

“Zerozero”nun məlumatına görə, “Gəncə” üçüncü periodda ardıcıl üç dəqiq üçxallıq atışla təşəbbüsü yenidən ələ alıb. Sport TV xatırladıb ki, “Sportinq” Azərbaycana FIBA Avropa Kubokunda ardıcıl üç qələbədən sonra gəlib, lakin ilk periodda üstünlüyü əldən verdikdən sonra hesabda önə keçə bilməyib.

Fərqlənən basketbolçular

Sport TV Bakari Kamarənin 18 xal və 10 ribaundla dabl-dabl etdiyini, Ksavyer Roudsun 18, Kobi Meqinin isə 15 xal topladığını qeyd edib. Telekanal amerikalı basketbolçuların oyunu barədə “Onlar bu qələbəyə layiq idilər” yazıb.

“Leonino” görüşün son hücumuna diqqət çəkərək “Sportinq”in hər şeyi əldən verdiyini və Avropada ilk məğlubiyyətini aldığını bildirib. Nəticədə Lissabon klubu C qrupunda liderliyi də itirib. Portuqaliya mediasının rəylərində “Gəncə”nin rəqibin səhvlərindən yararlanmaqla yanaşı, öz oyununu qəbul etdirdiyi vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…