Oktyabrın 30-da Portuqaliya çempionatının 10-cu turu çərçivəsində “Kasa Pia” “Sportinq”i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 13-cü dəqiqəsində Pedro Lima hesabı açıb. 90+4-cü dəqiqədə Ceni Katamo yekun nəticəni müəyyənləşdirib. Hər iki qolda məhsuldar ötürmənin müəllifi İvan Fresneda olub.
“Sportinq” 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Yeddi xalı olan “Kasa Pia” isə 17-ci yerdədir.