“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.
Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın “Piast” komandasına qarşı keçirib. Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da oynanılan görüş “Piast”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan çempionu qrupu 3 xalla tamamlayıb.
“Araz-Naxçıvan” ilk görüşündə Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib. II turda isə Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın “Buba Mara” komandasına 3:5 hesabı ilə uduzub.