Əsas məzmuna keç

“Araz-Naxçıvan” Çempionlar Liqasında “Uypeşt”lə qarşılaşacaq

“Araz-Naxçıvan” Çempionlar Liqasında “Uypeşt”lə qarşılaşacaq
— Foto: idman.biz

Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq. Naxçıvan təmsilçisi əsas...

en ru

çempionu “” bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq. Naxçıvan təmsilçisi əsas mərhələnin birinci turunda Macarıstan çempionu “Uypeşt”lə üz-üzə gələcək.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək qarşılaşma vaxtı ilə saat 16:00-da başlayacaq.

Oyunu fransalı Viktor Çeyx idarə edəcək. Ona yan xətt hakimləri, latviyalı Sergey Saçmans və İqor Yaçeviç kömək edəcəklər. Vaxtölçən polşalı Dominik Lorke, hakim-inspektor almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.

“Araz-Naxçıvan” beşinci qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara”, oktyabrın 30-da isə Polşanın “Piast” komandası ilə qarşılaşacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…