“Sabah”ın müdafiəçisi Aden Makkarti UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb. 22 yaşlı futbolçu Dortmund “Borussiya”sı ilə görüşdə fərqlənərək turnirdə qol vuran Cənubi Afrika doğumlu səkkizinci oyunçu olub.
Vaxtilə “Kayzer Çifs”də çıxış etmiş mərkəz müdafiəçisi Almaniya təmsilçisinə qarşı matçda Çempionlar Liqasında üçüncü dəfə meydana çıxıb. “Sabah”ın 1:2 hesabı ilə məğlub olduğu görüşdə Makkarti Bakı klubunun heyətində ilk qolunu vurub.
Cənubi Afrikanın “The South African” nəşrinin məlumatına görə, siyahıda Azərbaycan futbolu ilə bağlı daha bir ad var: vaxtilə “Qarabağ”da çıxış etmiş Dino Ndlovu Çempionlar Liqasının təsnifat mərhələlərində dörd qol vurub.
Cənubi Afrika doğumlu futbolçuların turnirdəki qol göstəriciləri:
- Benni Makkarti – 8 qol
- Dino Ndlovu – 4 qol
- Stiven Pienar – 2 qol
- Kuinton Forçun – 2 qol
- Bennet Mquni – 1 qol
- Nasif Morris – 1 qol
- Tulani Serero – 1 qol
- Aden Makkarti – 1 qol