PSJ Xviça Kvaratsxeliya ilə müqaviləni 2032-ci ilə qədər uzatmaq niyyətindədir. RMC Sport-un jurnalisti Fabris Hokinsin məlumatına görə, Paris klubu futbolçunun ağır zədəsinə baxmayaraq onunla yeni anlaşma imzalamaq istəyir.
Tərəflər artıq danışıqlara başlayıblar. PSJ 25 yaşlı gürcü vingeri komandanın ən yüksək maaş alan futbolçularından birinə çevirməyi planlaşdırır. Bununla belə, klub rəhbərliyi müəyyən edilmiş maliyyə çərçivəsinə əməl etmək niyyətindədir.
PSJ daha əvvəl Xviça Kvaratsxeliyanın UEFA Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turunda “Barselona” ilə oyunda (4:2) ön çarpaz bağının qopduğunu açıqlamışdı.