“PSJ”nin hücumçusu Xviça Kvaratsxeliya GQ France mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb. Jurnalın rəsmi saytı daha əvvəl gürcü futbolçunu 2026-cı ilin adamı elan edib.
“Bu, mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarımla birlikdə “PSJ”də möhtəşəm mövsüm keçirdim və bununla qürur duyuram. Onlar olmasaydı, düşünürəm ki, bu mümkün olmazdı. Özüm və bu mükafatı almağıma kömək edən komanda yoldaşlarım ilə həqiqətən fəxr edirəm”, – Kvaratsxeliya mükafatlandırma mərasimindən sonra deyib.
1996-cı ildən təqdim edilən mükafat idman, kino, musiqi, moda və mədəniyyət sahələrində mühüm nəticələr əldə etmiş və təsir göstərmiş şəxslərə verilir. Kvaratsxeliyadan başqa, GQ France-ın 2026-cı il laureatları siyahısına fransalı MMA döyüşçüsü Səlahəddin Parnass da daxil edilib.
Gürcü futbolçu daha əvvəl UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Barselona” ilə keçirilən və 4:2 hesabı ilə başa çatan oyunda dizinin çarpaz bağlarından zədələnib.