“PSJ”nin vingeri Xviça Kvaratsxeliya Fransanın GQ jurnalının illik “İlin adamı” mükafatına layiq görülüb.
Yekun siyahıda idman, kino və musiqi dünyasından səkkiz şəxs yer alıb. Mükafatlandırma mərasimi noyabrın 18-də Parisdə keçiriləcək.
GQ France sosial şəbəkələrində Kvaratsxeliyanı 2025/26 mövsümünün Çempionlar Liqasının ən yaxşı oyunçusu adlandırıb və gürcü futbolçunun Avropa titulunu ardıcıl ikinci dəfə qazanan “PSJ”nin uğurunda əsas rol oynadığını qeyd edib. Jurnalın paylaşımında onun Gürcüstanda milli qürur mənbəyi və Avropa futbolunun ən parlaq ulduzlarından biri olduğu bildirilib.