Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun anası Dolores Aveirunun açıqlamasına münasibət bildirib. Aveiru daha əvvəl oğlunun məyus olduğunu, hər şeyin başqa cür bitməsini istədiyini və onun aldadıldığını düşündüyünü deyib.
O, Portuqaliyanın məğlubiyyətinə sevindiyini, çünki Kriştianoya hörmət göstərilmədiyini bildirib. Aveiru Braqada təşkil olunan tədbiri də bəyənməyib. Onun sözlərinə görə, bu cür mərasimlər Ronaldunun iştirakı ilə keçirilməli idi.
Jezuş açıqlamasında Ronaldunun anasına böyük hörmət bəslədiyini vurğulayıb: “İndi mən Kriştiano Ronaldunun anasına cavab verməliyəm? Bəs mənim öz anam necə olsun? Kriştiano Ronaldunun anasına böyük hörmətlə yanaşıram. Ana elə anadır, bundan qaçmaq olmaz. Onun sözlərini başa düşürəm. Mən ona hörmət etməyə borcluyam”.
Baş məşqçi əlavə edib ki, ana övladlarını sonadək müdafiə edir. Jezuş Aveirunu övladlarını böyütmək üçün çox çətinliklərdən keçmiş “möhtəşəm ana” adlandırıb. Onun sözlərini A Bola yayıb.