“Milan”, “Portu” və “Əl-İttihad”ın sabiq baş məşqçisi Sercio Konseysau Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu ilə komandanın baş məşqçisi Jorje Jezuş arasındakı münaqişə barədə danışıb.
“Ölkəmizdə Kriştiano Ronaldu ilə millinin məşqçisi arasındakı qarşıdurma mövzusu kifayət qədər həssasdır. Hər ikisi tanınmış fiqurdur: biri dünya səviyyəli əfsanə, digəri isə böyük təcrübəyə malik, hörmət edilən məşqçidir. Hər ikisinə hörmətlə yanaşıram, amma bu mübahisədə kiminsə tərəfini tutmağı düzgün hesab etmirəm”, – deyə Konseysau “La Tripletta”ya müsahibəsində bildirib.
Ronaldu Millətlər Liqasının 3-cü turunda Danimarka ilə keçirilən matçdan (4:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Bu, Jorje Jezuşun münaqişənin olmadığını deməsinə baxmayaraq baş verib.
Həmçinin Jezuşun hücumçu ilə barışıq görüşünə razılıq verdiyi barədə məlumat yayılıb.