Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş və ölkə futbol federasiyasının prezidenti Pedru Proensa Kopenhagendə hava limanında hücumçu Kriştiano Ronaldunu komandada qalmağa inandırmağa çalışıblar.
“Marca”nın məlumatına görə, Ronaldunun təyyarəsi Portuqaliya millisinin hazırda məskunlaşdığı Kopenhagendə İspaniya vaxtı ilə saat 22:15-də enib. Futbolçunun təyyarəsi artıq saat 23:35-də Madridə yola düşüb. Jezuş və Proensa Ronaldunun ardınca hava limanına gələrək onun Danimarkada komandanın düşərgəsində qalmasını istəyiblər.
Onların cəhdlərinə baxmayaraq, 41 yaşlı futbolçu qərarını dəyişməyib və təyyarəyə minərək Danimarkanı tərk edib.
Ronaldu oktyabrın 30-da Jezuşun Millətlər Liqasının Danimarkaya qarşı oyununda onu start heyətində meydana buraxmayacağını açıqlamasından sonra Portuqaliya millisinin düşərgəsindən ayrılıb.
Kriştiano daha sonra yaydığı açıqlamada komandadan getdiyini təsdiqləyib və “bütün həqiqəti” sonradan danışacağını bildirib. Ardınca onun Portuqaliya millisində karyerasını başa çatdırmaq qərarına gəldiyi barədə məlumat yayılıb.