Əsas məzmuna keç

Azərbaycan millisi Andorranı 3:1 hesabı ilə məğlub edib

Azərbaycan millisi Andorranı 3:1 hesabı ilə məğlub edib
— Foto: Report.az

Azərbaycan yığması beynəlxalq yoldaşlıq oyununda səfərdə Andorraya qalib gəlib. Emin Mahmudov millidə 66-cı və sonuncu oyununu keçirib.

en ru

Futbol üzrə beynəlxalq yoldaşlıq oyununda səfərdə Andorra seçməsini 3:1 hesabı ilə məğlub edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Enkamp şəhərində keçirilən görüşdə qələbə qazanıb.

millisinin heyətində Eşqin Əhmədov 2-ci, Musa Qurbanlı 47-ci, Toral Bayramov isə 70-ci dəqiqədə penaltidən fərqlənib. Andorra yığmasının yeganə qolunu Rikard Fernanded 55-ci dəqiqədə vurub.

Bu qarşılaşma kapitan Emin Mahmudov üçün Azərbaycan millisində sonuncu olub. O, yığmanın heyətində 66-cı oyununu keçirib.

Azərbaycan millisi bundan əvvəl, noyabrın 13-də UEFA Millətlər Liqasının səfər matçında Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…