Oktyabrın 26-da Fransa Liqasının 8-ci turunda “PSJ” və “Lion” komandaları üz-üzə gəlib. Paris təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
Matçdan sonra “PSJ” klubunun mətbuat xidməti soyunub-geyinmə otağında çəkilmiş fotonu paylaşıb. Şəkildə futbolçular, Luis Enrikenin rəhbərlik etdiyi məşqçilər korpusu və klub prezidenti Nasser Əl-Xelaifi Xviça Kvaratsxeliyanın formasını tutublar.
Foto “Səninləyik, Kvara!” qeydi ilə yayımlanıb.
Kvaratsxeliya zədəsini Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirilən oyunda (4:2) alıb. 25 yaşlı gürcü cinah hücumçusunda ön çarpaz bağın qopması müəyyən edilib.