“PSJ”nin vingeri Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının bərpası üçün cari həftənin əvvəlində əməliyyat olunmalıdır. “L’Équipe” nəşrinin məlumatına görə, əməliyyat Qətərdəki “Aspetar” tibb mərkəzində keçiriləcək.
Əməliyyatın dəqiq tarixi hələ məlum deyil.
Kvaratsxeliya zədəni “Barselona” ilə Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun oyununda alıb. “PSJ” həmin matçda rəqibini 4:2 hesabı ilə məğlub edib. Gürcüstanlı futbolçu 59-cu dəqiqədə əvəzlənib.
O, 2025-ci ildən “PSJ”də çıxış edir və klubla müqaviləsi 2029-cu ilədək qüvvədədir. Kvaratsxeliya cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.