Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, oktyabrın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bununla da ölkə üzrə oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılacaq.