Əsas məzmuna keç

Dövlətin elektron sənəd sistemindən özəl şirkətlər də istifadə edəcək

Dövlətin elektron sənəd sistemindən özəl şirkətlər də istifadə edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tətbiq edilən yenilik sayəsində sahibkarlar sənəd dövriyyəsini elektron platforma üzərindən aparacaq.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, elektron müqavilə sistemindən həm dövlət qurumları, həm də sahibkarlar faydalanırlar: "Bu sistem təhvil-təslim aktlarının normativ hüquqi aktlarla müəyyən edilmiş müddətdən daha qısa vaxtda hazırlanmasına və proseslərin sürətləndirilməsinə imkan yaradır. Bu, təkcə dövlət qurumları üçün deyil, sahibkarlar və özəl sektor üçün də mühüm üstünlükdür. Məsələn, gələn ildən etibarən təhvil-təslim aktlarının elektronlaşdırılması özəl sektoru da əhatə edəcək. Bu, dövlət qurumu olmayan tərəflərin də prosesə cəlb edilməsi baxımından mühüm addımdır".

N.Soltanov əlavə edib ki, Maliyyə Nazirliyinin həyata keçirdiyi bu prosesdə özəl sektorun nümayəndələri də iştirak edəcəklər: "Təbii ki, həyata keçirdiyimiz dəyişikliklər sahibkarların indiyədək öyrəşdikləri bütün proseslərin yenidən qurulması demək deyil. Əsas məqsəd mövcud prosesləri sürətləndirmək və məlumatların operativ əldə olunmasını təmin etməkdir. Buna misal olaraq elektron qaimə-faktura sistemini göstərmək olar. Bu sistem ötən ildən etibarən fəaliyyət göstərir və artıq bir çox dövlət qurumlarında fəal istifadə olunur. Elektron qaimə-fakturalar vasitəsilə müvafiq əməliyyatlar həyata keçirilir. Eyni zamanda, özəl sektorun da bu proseslərə cəlb olunması istiqamətində işlər aparılır. Artıq banklar və digər özəl sahibkarlıq subyektləri də bu proseslərdə fəal iştirak edirlər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…