Əsas məzmuna keç

Azərbaycanda orta aylıq maaş 5% artdı

Azərbaycanda orta aylıq maaş 5% artdı

Dövlət Statistika Komitəsi nominal əməkhaqqının 1099 manata yüksəldiyini açıqladı. Bəs ən çox gəlir hansı sahədədir? Sektorlar üzrə son rəqəmlərlə tanış olun.

en ru

Azərbaycanda orta aylıq əməkhaqqı bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də və anbar təsərrüfatı sahələrində maaş göstəriciləri daha yüksək olub.

Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 784 min nəfər qeydə alınıb. Onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin iqtisadiyyat sahələri üzrə məşğulluq bölgüsü aşağıdakı kimi formalaşıb:

  • 18,5 % — ticarət; nəqliyyat vasitələrinin təmiri
  • 18,3 % — təhsil
  • 13,8 % — sənaye
  • 8,6 % — əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
  • 6,5 % — tikinti
  • 6,1 % — dövlət idarəetməsi və müdafiə; sosial təminat
  • 4,4 % — nəqliyyat və anbar təsərrüfatı
  • 4,0 % — peşə, elmi və texniki fəaliyyət
  • 2,4 % — maliyyə və sığorta fəaliyyəti
  • 2,3 % — kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
  • 15,1 % — iqtisadiyyatın digər sahələri

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…