Əsas məzmuna keç

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. Söhbət zamanı dövlət başçısı...

en ru tr

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının naziri Marqus Tsahknanı qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.

Prezident İlham Əliyev ölkələr arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.

Münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.

Dövlət başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…