Əsas məzmuna keç

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə nazirliyin "X" sosial media...

en ru tr

Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə, həmçinin Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…