Əsas məzmuna keç

Azərbaycan XİN İordaniyaya başsağlığı verib

Azərbaycan XİN İordaniyaya başsağlığı verib

Xarici İşlər Nazirliyi Əmman şəhərində baş verən terror aktı nəticəsində həlak olanlar üçün İordaniya Haşimilər Krallığının rəhbərliyinə təziyə ünvanlayıb.

en ru

Xarici İşlər Nazirliyi (XİN) Kərak şə

hərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.

İordaniya ilə həmrəyliyimizi ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən İordaniyanın Əl-Kərak əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu baş verib. Nəticədə 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…