Əsas məzmuna keç

İsrail fələstinli məhbusların siyahılarını BQXK-ya təqdim edəcək

İsrail fələstinli məhbusların siyahılarını BQXK-ya təqdim edəcək

İordan çayının qərb sahili və Qəzza zolağındakı dustaqlarla bağlı sənədlər Reuters agentliyinin təsdiqi ilə yenidən humanitar quruma ötürülməyə başlanıb.

en ru

İsrailin müvafiq qurumları İordan çayının qərb sahilində və saxlanılan fələstinli məhbusların siyahılarını Beynəlxalq Qızıl Xaç Komitəsinə () təqdim etməyi bərpa edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı"Reuters" BQXK-ya istinadən məlumat yayıb.

BQXK-nın mətbuat xidməti siyahıların qəbul edildiyini təsdiqləyib.

Bununla belə, qurumdan bildirilib ki, həbsxanalarda saxlanılan şəxslərə başçəkmələr hələ bərpa olunmayıb.

Komitənin rəhbərliyi yaxın vaxtlarda həbsxanalara başçəkmələrin yenidən başlayacağına ümid edir.

Məlumat üçün bildirək ki, İsrail hökuməti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından və Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra məhbusların siyahılarını Komitəyə təqdim etməyi dayandırmışdı. Bu ilin əvvəlində İsrail Ali Məhkəməsi hökuməti siyahıların təqdim edilməsini bərpa etməyə, eləcə də BQXK nümayəndələrinin Fələstinli məhbusların saxlanma şəraitini qiymətləndirmək üçün həbsxanalara daxil olmasına icazə verməyə məcbur edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…