"Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Milli Təhlükəsizlik Ali Şurası katibinin müavini Əli Baqiri deyib.
Baqirinin sözlərinə görə, ötən həftə yüksəkvəzifəli pakistanlı hərbçinin Tehrana səfəri zamanı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmilərinin İrana gələrək ölkənin Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə görüşmək barədə qərar qəbul etdikləri açıqlanıb.
O qeyd edib ki, səfərin əsas məqsədi regional təhlükəsizlik məsələləri ilə bağlı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi, general-mayor Möhsün Rzai ilə məsləhətləşmələr aparmaqdır.
Məlumata görə, görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman da daxil olmaqla, region ölkələrinin yüksəkvəzifəli nümayəndələrinin iştirakı gözlənilir.