İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının növbəti sammitində iştirak etmək məqsədilə Rusiya Federasiyasına rəsmi səfərə yola düşür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər çərçivəsində İran dövlət başçısının Rusiya paytaxtı Moskvada keçiriləcək sammitə qatılması və tədbirdə çıxış etməsi planlaşdırılır.
Məsud Pezeşkianın səfər proqramına qlobal enerji bazarlarındakı mövcud konyukturanın müzakirəsi ilə yanaşı, sammitdə iştirak edən digər üv dövlətlərin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi də daxildir.